AZ

İrəvanın Respublika Meydanında Şahin Mustafayevin şərəfinə RƏQS? - VİDEO

“Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin səfərini gizli saxladığımız barədə iddialar tamamilə yersizdir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 30 apreldə jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, məxfilik standartlarına əməl olunursa, bu, təhlükəsizlik səbəbi ilə də edilir. O əlavə edib ki, Ermənistan Baş nazirinin müavini Azərbaycana səfər edib və Azərbaycanda da da eyni standartlara əməl olunub. 

"Mediaya sızmalar heç vaxt istisna edilə bilməz. Azərbaycana səfərdə bu sızma olmayıb, Ermənistana gəldikdə isə olub", - deyə Paşinyan qeyd edib. 

Paşinyan, səfəri çox vacib hadisə kimi qiymətləndirib. O, baş nazir müavinləri arasında qarşılıqlı səfərləri sülh prosesinin institusionallaşdırılması baxımından tarixi adlandırıb.

Baş nazir ölkələr arasında təbii münasibətlərin, uzunmüddətli perspektivdə isə mehriban qonşuluq münasibətlərinin qurulmalı olduğunu vurğulayıb. Nikol Paşinyan İrəvanın Respublika Meydanında təşkil edilən rəqsin Azərbaycan Baş nazirinin müavininin səfəri ilə heç bir əlaqəsi olmadığına əminlik ifadə edib. 

"Azərbaycan Baş nazirinin müavininin səfərinə görə Ermənistanda həyatı dayandırmalıyıqmı? Xeyr. Biz istənilən xarici qonağı mümkün qədər səmimi qarşılamalıyıq", - deyə o, sözlərini yekunlaşdırıb.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr