AZ

Trampın nalayiq sözləri, kralın hazırcavablığı və Makronun sevinci

ain.az, Ayna portalına istinadən məlumat verir.

III Çarlzın ABŞ-a səfəri nə ilə yadda qalacaq?

Bu həftə Britaniya kralı III Çarlz ABŞ və Böyük Britaniya arasındakı isti münasibətləri nümayiş etdirmək üçün həyat yoldaşı ilə birlikdə Vaşinqtona gedib. Lakin səfər çətin başladı. Amerika Prezidenti təyyarə çıxışında monarxı qarşılaya bilməyib və Britaniya kral cütlüyünün Ağ Evdəki görüşü zamanı Prezident kral protokolunun ən vacib yazılmamış qaydalarından birini pozub və kralın çiyninə toxunub.

Daha sonra rəsmi qarşılanma mərasimində Ağ Ev rəhbəri Vaşinqton və London arasındakı tarixi əlaqələrdən danışaraq Birləşmiş Krallığı "kiçik" adlandırıb. Bu vaxt Oval Ofisdə oturan şəxs anasının gələcək krala - o dövrdə şahzadə Çarlza aşiq olduğunu xatırladıb: "Anam Çarlza aşiq idi, inana bilərsinizmi?". Bundan sonra orada olanlar ucadan gülüblər.

Amma Kral da elə də axmaq deyil. BBC-nin məlumatına görə, Böyük Britaniya Kralı III Çarlz Ağ Evdə keçirilən şam yeməyi zamanı ABŞ Prezidenti Donald Trampı lağa qoyub. Britaniya monarxı Amerika liderinin ABŞ-ın dünya tarixindəki rolu ilə bağlı ümumi şərhinə istehzalı şəkildə cavab verib.

III Çarlz Trampa ABŞ olmasaydı, Avropa ölkələrinin bu gün alman dilində danışa biləcəyi ilə bağlı son sözlərini xatırladıb: "Cənab Prezident, siz bu yaxınlarda dediniz ki, ABŞ olmasaydı, Avropa ölkələri alman dilində danışacaqdı. Qeyd edim ki, biz olmasaydıq, siz fransız dilində danışardınız".

Fransa Prezidenti Emmanuel Makron kralın hazırcavablığını yüksək qiymətləndirib. "Bu, əla olardı!" - deyə Fransa Prezidenti sosial mediada yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
ayna.az

1Mənbələr