AZ

“MIZRAK” ilk dəfə “SAHA 2026”da nümayiş olunacaq

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbul, 30 aprel, AZƏRTAC

Türkiyənin ağıllı gözləmə rejimli döyüş sistemi olan “MIZRAK” bu ölkənin İstanbul şəhərində keçiriləcək və qlobal müdafiə sənayesinin “görüş nöqtəsi” sayılan “SAHA 2026”-da ilk dəfə nümayiş etdiriləcək.

Bu barədə AZƏRTAC-a Türkiyənin müdafiə sənayesi üzrə flaqmanlarından olan “Baykar” şirkətindən məlumat verilib.

Bildirilib ki, “Baykar” tərəfindən tamamilə yerli imkanlarla orijinal şəkildə hazırlanan sistem 1000 kilometrdən çox uçuş məsafəsi və süni intellektli avtonom qabiliyyətləri ilə diqqət çəkir.

Məlumatda bu sistemin yerüstü hədəflərə qarşı dərin əməliyyat qabiliyyəti, yüksək zərbə gücü və çevik missiya profilləri ilə müasir döyüş meydanının yeni “ön cəbhə qüvvəsi”nə çevriləcəyi vurğulanıb.

Qeyd edək ki, “MIZRAK” pilotsuz uçuş aparatının və raketin xüsusiyyətlərini birləşdirən hərbi texnikadır.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
4
azertag.az

5Mənbələr