AZ

Quba Qonaqkənd yolu bərpa olunub İcra başçısının müavini

Yenisabah saytından alınan məlumata görə, ain.az bildirir.

"Quba rayonunda vəziyyət stabilləşib, ərzaq təminatı və nəqliyyatın hərəkəti tam bərpa olunub". 

Bunu “Yeni Sabah”a Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İbrahimov Tariyel bildirib.

Onun sözlərinə görə, rayonun yağışlardan sonra əlaqəsi kəsilmiş kəndlərə hazırda ciddi problemin müşahidə olunmadığını qeyd edib.

Müvafiq texnikanın cəlb olunması ilə aprelin 11-də yağan güclü yağış nəticəsində Quba-Qonaqkənd yolunda baş vermiş şürüşmənin nəticələri aradan qaldırılıb.

Marketlərin fəaliyyəti bərpa olunub, əvvəlki çatışmazlıqlar aradan qaldırılıb. Hazırda bütün nəqliyyat vasitələri əraziyə maneəsiz daxil olub-çıxa bilir, mərkəzdən və ətraf bölgələrdən gediş-gəliş tam təmin olunub”.

Aytəkin Əzizqızı 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
yenisabah.az

2Mənbələr