AZ

ABŞ Yaxın Şərqə hipersəs raketi GÖNDƏRİR

ABŞ Yaxın Şərqə hipersəs raketi göndərməyi nəzərdən keçirir. 

“Cebheinfo.az” “Bloomberg” - ə istinadən xəbər verir ki, ABŞ Yaxın Şərqdə uzaqmənzilli hipersəs raketi yerləşdirməyi planlaşdırır. 

Məlumata görə, bu addım İranın ballistik raket buraxılış məntəqələrini hədəfə almaq məqsədi daşıya bilər.

Agentlik bəzi mənbələrə istinadən qeyd edib ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu məsələ ilə bağlı sorğu aparıb. 

Bildirilir ki, İranın buraxılış məntəqələrini 300 mildən çox məsafədə hədəfləri vura bilən Precision Strike raketinin əhatə dairəsindən kənara çıxarıb. Bu isə Vaşinqtonu daha uzaq mənzilli silah variantlarına yönəldə bilər.

“New York Post” qəzeti də  bildirib ki, əgər bu yerləşdirmə təsdiqlənsə, ABŞ ilk dəfə hələ tam işlək vəziyyətdə elan edilməmiş hipersəs raket sistemini əməliyyat bölgəsinə göndərmiş olacaq.

Seçilən
46
2
cebheinfo.az

3Mənbələr