AZ

"Azərkosmos"ın ixracı cüzi artıb

2026-cı ilin yanvar - mart aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) dünyanın 32 ölkəsindən olan 90-a yaxın şirkətə 4.1 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri ixrac edib. 2025-ci ilin yanvar-mart aylarında Azərkosmos tərəfindən dünyanın 40 ölkəsindən 100-ə yaxın şirkətə 4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilmişdi.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın 2026-cı il aprel buraxılışında verilən məlummata görə, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 64%-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1.1 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 809.1 min ABŞ dolları ilə Lüksemburq, 271.1 min ABŞ dolları ilə Türkiyə, 261.1 min ABŞ dolları ilə Pakistan, 187.2 min ABŞ dolları ilə İsveç qərarlaşıb.

Seçilən
67
marja.az

1Mənbələr