AZ

Çexiya Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri müzakirə olunmuşdur. Əməkdaşlığın ən mühüm sahələrindən biri kimi müdafiə sənayesi xüsusi diqqət mərkəzində olmuşdur. Bu sahədə artıq formalaşmış əlaqələrin dahada genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi tərəflərin ortaq maraqlarına uyğundur. Cənab Prezident İlham Əliyev mətbuata bəyanatı zamanı qeyd etmişdir: “Ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəmki, bu sahədə çox geniş miqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır. Bu gün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparıldı. Hökumətlər arası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır.” Bu fikirlər göstərir ki, Azərbaycan müdafiə sənayesini yalnız idxal yönümlü deyil, həm də istehsal və texnologiya transferinə əsaslanan sahə kimi inkişaf etdirmək niyyətindədir. Çexiya isə bu sahədə zəngin təcrübəyə malik ölkə kimi Azərbaycan üçün mühüm tərəfdaş hesab olunur. Birgə istehsal layihələrihər iki ölkə üçün iqtisadi və texnoloji baxımdan əlavə dəyər yarada bilər.

Dövlət başçısı onu da qeyd edib ki, ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır: “Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır”.

Bir sözlə, aprel ayı ərzində Avropa liderlərinin ardıcıl səfərləri Azərbaycanın regiondakı strateji çəkisinin artdığını göstərir. Bu əməkdaşlıqlar sadəcə silah alışı deyil, müasir müharibə tələblərinə uyğun birgə hərbi istehsalın qurulmasına hədəflənib. Həm də Azərbaycanın Avropa ölkələri ilə hərbi sənaye əməkdaşlığı regionda formalaşmaqda olan sülhə töhfədir. Çünki, Azərbaycanın hərbi sənayesinin gücləndirilməsi regionda davamlı sülhün qorunmasına və çəkindirici gücün yaradılmasına xidmət edir. Məhz buna görə də Azərbaycan Avropanın qabaqcıl şirkətləri ilə müasir hərbi texnika və texnologiyaların alınması və birgə istehsalı üzrə fəal tərəfdaşlığa önəm verir.

Nurlana Yusifova

YAP Samux rayon təşkilatı əməkdaşı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
sesqazeti.az

1Mənbələr