AZ

Azərbaycan qızıl ixracından gəlirini 46%-dən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-mart aylarında Azərbaycan 95.3 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Qızıl ixracından qazancımız illik müqayisədə 30.1 milyon dollar və ya 46.2% artıb.

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Məlumata görə, təkcə mart ayında ixrac edilən qızılın dəyəri 34.6 milyon dollar olub ki, bu da 2025-ci ilin mart nisbətən 9.6 milyon dollar və ya 38.4% artım deməkdir. 

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan 326.2 mln. ABŞ dolları dəyərində qızıl ixrac etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
71
2
banco.az

3Mənbələr