AZ

Gəncədə sinif yoldaşı tərəfindən bıçaqlanan məktəblinin vəziyyəti AÇIQLANDI YENİLƏNİB

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Gəncədə sinif yoldaşı tərəfindən bıçaqlanan məktəblinin vəziyyəti açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, aprelin 30-u saat 00:40-da 2011-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub:

"Döş qəfəsinin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb".

***

Gəncədə məktəblilər arasında baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub.

Bu barədə Redaktor.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, aprelin 29-da Gəncə şəhər 9 nömrəli məktəbin iki şagirdi arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb:

"Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, hər iki şagirdin valideynləri məktəbə dəvət ediliblər və onlarla profilaktik söhbət aparılıb.

Şagirdlərin fiziki, psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq, ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".

***

Gəncədə məktəblilər arasında bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə 9 nömrəli tam orta məktəbdə qeydə alınıb. İki məktəbli arasında yaranan mübahisə zamanı bir nəfər kəsici alətlə xəsarət alıb.

Məktəbin 9-cu sinif şagirdi, 2011-ci il təvəllüdlü A.S. (ad şərtidir) kəsici-deşici alətlə yetirilən xəsarətlə xəstəxanaya yerləşdirilib. Yaralıya dərhal ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.

İlkin məlumata görə, yeniyetməyə xəsarəti həmin məktəbdə təhsil alan 8-ci sinif şagirdi yetirib. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma başlanılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
10
redaktor.az

10Mənbələr