AZ

Bu quruma indiyədək iki nəfər rəhbərlik edib

Ötən günlərdə Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilmişdi. İclasda Məzahir Pənahov yenidən Komissiyanın sədri seçilib. 

Modern.az xəbər verir ki, müstəqillik dövründən indiyədək bu quruma sadəcə iki nəfər rəhbərlik edib. İlk sədr Cəfər Vəliyev quruma 8 il, Məzahir Pənahov isə 26 il rəhbərlik edib.

Mərkəzi Seçki Komissiyasının ilk rəhbəri 1992-2000-ci illərdə Cəfər Vəliyev olub. 

Cəfər Vəliyev 1930-cu il noyabrın 12-də Bakı şəhərində anadan olub. O, 1953-cü ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib, ixtisasca hüquqşünasdır.

Ali təhsil aldıqdan sonra1960-cı ilə qədər Azərbaycan SSR Nazirlər Sovetində mədəniyyət şöbəsində böyük məsləhətçi, referent, sədr müavininin köməkçisi və şöbə müdirinin müavini, 1960-1962-ci illərdə Azərbaycan KP MK inzibati orqanlar şöbəsi müdirinin müavini işləyib.

Daha sonra Cəfər Vəliyev 1962-1971-ci illərdə Azərbaycan Respublikası Prokurorunun birinci müavini, 1971-1978-ci illərdə Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin müdiri, 1978-1987-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər naziri, 1987-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda kafedra müdiri, 1992-2000-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, 2000-2005-ci illərdə isə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri vəzifələrində çalışıb. Cəfər Vəliyev bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı da seçilib.

O, Hüquq elmləri namizədi (1963), professor (1993), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının hüquq doktoru (1991), Azərbaycanın əməkdar hüquşünası (1990), daxili xidmət general-leytenantıdır. Vəliyev bir müddət özəl sektorda, "Messenat Holdinq Şirkətlər qrupu"nun prezidenti vəzifəsində çalışıb.

Cəfər Vəliyevin Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2000-ci il tarixli Fərmanı ilə "Şöhrət", 11 noyabr 2005-ci il tarixli Sərəncamı ilə "İstiqlal" ordenləri ilə təltif edilib. Cəfər Vəliyev 2012-ci il iyunun ayının 1-də Bakı şəhərində 70 yaşında vəfat edib.

Dünən sədrliyi yenidən təsdiqlənən Məzahir Pənahovun isə 75 yaşı var. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub və 1972-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib.

"Cebheinfo.az"

Seçilən
25
1
cebheinfo.az

2Mənbələr