AZ

Köhnə dostlar düşmən oldu Türk futbolçu Ronaldo ilə mübahisə etdi (VİDEO)

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Səudiyyə Ərəbistanı Liqasının 30-cu turunun “Əl-Nəsr” - “Əl-Əhli” görüşü (2:0) qalmaqalla yadda qalıb.

"Unikal" xəbər verir ki, qonaqların türk futbolçusu Merih Demiral matçdan sonra "Yuventus"da eyni komandada oynadığı Kriştiano Ronaldo ilə mübahisə edib, ona sərt etirazını bildirib. Digər rəqib futbolçu Kinqsli Komana isə hücum çəkib. 

Buna səbəb isə fransalı vingerin oyunun gedişində Merihi zədələməsidir. Daha sonra Komana hücum çəkib. Digər futbolçular aranı sakitləşdirə bilib. 

Açıqlama verən Merih hakimlərin “Əl-Nəsr”ə kömək etdiyini bildirib: “Bütün hakimlər dəli olub.  Ayağıma baxın və görün rəqib məni nə hala salıb. O, az qala ayağımı sındıracaqdı. Hakimlər “Əl-Nəsr”in qalib gəlməsinə kömək edirlər. Allaha and olsun, bu, biabırçılıqdır!”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
5
unikal.az

7Mənbələr