AZ

Ronaldo “Əl Əhli” azarkeşlərinin atmacasına belə cavab VERDİ VİDEO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kriştiano Ronaldo oyunsonrası müsahibə zamanı “Əl-Əhli” azarkeşlərinin atmacasına cavab verib.Bizim.Media xəbər verir ki, portuqaliyalı futbolçu müsahibə verərkən tribunadakı “Əl-Əhli” azarkeşləri ona öz komandalarının Asiya Çempionlar Liqasındakı uğurlarını xatırladıblar.Azarkeşlər Ciddə klubunun turnirdə iki dəfə qalib gəldiyini vurğulayıblar. Qeyd edək ki, “Əl-Əhli” bu mövsüm də kuboku qazanaraq ardıcıl ikinci dəfə Asiya Çempionlar Liqasının qalibi olub.Ronaldo isə azarkeşlərin sözlərinə qısa və sərt cavab verib:“Mənim 5 Çempionlar Liqam var”.Portuqaliyalı ulduz bu sözlərini əl jestləri ilə də müşayiət edib.Qeyd edək ki, Ronaldo UEFA Çempionlar Liqasını karyerası ərzində 5 dəfə qazanıb. O, bu uğurların birini “Mançester Yunayted”, dördünü isə “Real Madrid”in heyətində əldə edib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
1
bizim.media

10Mənbələr