Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi ilk yoldaşlıq oyununu keçirib.
İdmanxeber.az xəbər verir ki, komanda Belarus yığması ilə qarşılaşıb. Su İdmanı Sarayında təşkil olunan oyun qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisinin heyətində qolu Ramil Əliyev vurub.