AZ

Bakıda bu binaların təmirinə başlanılır

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı şəhərinin, Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinə sərf ediləcək vəsaitin həcmi məlum olub.

Axar.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət satınalmalarının vahid internet portalı məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti bununla bağlı hazırlıqları yekunlaşdırıb.

Belə ki, təmir işlərini “Gəncə Körpü Tikinti-2” şirkəti həyata keçirəcək.

Bu işlərə 24 985 363 manat vəsait sərf olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
80
5
axar.az

7Mənbələr