AZ

Səhər yeməyində nə yeməli?

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Rusiyalı diyetoloq Elena Solomatina səhər yeməyi üçün ən uyğun qidaları açıqlayıb.

Ölkə.az bu barədə "Lenta.ru"ya istinadla xəbər verir.

Onun sözlərinə görə, balanslı səhər yeməyi zülal, karbohidrat və lifin düzgün birləşməsindən ibarət olmalıdır. 

Diyetoloq bildirib ki, yaxşı səhər yeməyinə misal olaraq qaynadılmış yumurta və avokado ilə sıyıq, kəsmik və giləmeyvə, həmçinin omlet göstərilə bilər. O əlavə edib ki, bəzi qidaları yalnız səhər yeməyində qəbul etmək vacib deyil. Məsələn, yumurta və kəsmik günün istənilən vaxtında səhər, nahar, axşam və ya qəlyanaltı kimi də yeyilə bilər.

Dietoloqun sözlərinə görə, avokado da günün istənilən saatında istehlak oluna bilər və yeməyi daha doyumlu və faydalı edir. Sıyıqlara gəldikdə isə, mütəxəssis onların günün birinci yarısında yeyilməsini tövsiyə edib. Eyni qayda müsliyə də aiddir. O, bu məhsulu seçərkən diqqətli olmağa çağırıb.

Onun sözlərinə görə, müsli mütləq bütöv dənli məhsullardan hazırlanmalı, sadəcə şəkərli lopalardan ibarət olmamalıdır. Keyfiyyətli müsli lif, meyvə parçaları və qoz-fındıq tərkibli olmalıdır.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
2
olke.az

3Mənbələr