AZ

Gorusdan Xankəndiyə getmək istəyən 5 min erməni

Ermıənilərin  “torpaq Azərbaycanındır, amma orada bizim də yaşamaq hüququmuzu təmin edin” deyib, hay-küyü qaldırmaq və Üçüncü Ermənistan müharibəsi ehtimalı haqda... 

Taleyimizə bax ki, viran olmuş yurdlarımıza qayıtmaq qayğısını çəkmək yerinə, Ermənistandakı seçkiqabağı vəziyyəti izləməyə köklənmişik. Əslində regiondan asılı olmayaraq, qonşu dövlətdə seçkilər, hakimiyyətə hansı qüvvələrin gəlməsinin (və ya getməsinin) normal prosedurdur. Amma iş bundadır ki, qonşu dediyimiz üç onillik torpaqlarımızı işğalda saxlayan, müstəqillikdən bəri bizimlə heç bir diplomatik münasibət qurmayan, əsas qanununda da Azərbaycana qarşı ərazi iddiasını hələ də saxlayan Ermənistan adlı dövlətdir...

Xankəndi44 günlük müharibədəki məğlubiyyətdən sonra da erməni toplumunun qafasında Azərbaycana münasibətdə ciddi dəyişiklik yoxdur. Yayda olası parlament seçkilərində Paşinyan yetincə səs toplamasa, Ermənistan yenidən düşmən mövqeyinə qayıdacaq. Hər halda, parlament seçkilərinə qatılan düşərgənin açıqlamaları belə nəticə olacağını göstərir. Ermənistanın həll edəsi məsələ təkcə Azərbaycana münasibət deyil, Avropa Birliyi və Rusiya arasında son seçim etməkdir həm də. Yəni prosesləri təkcə biz yox, Avropa da, Rusiya da tam diqqətə alıb. Müstəqil rəy sorğularında Rusiya və Avropa Birliyi arasında seçimə münasibət soruşulmur, amma BBC-nin son rəy sorğusunda Ermənistanda əksəriyyət Azərbaycanla sülhə və barışa qarşı olduqlarını gizlətməyiblər.
Ən azı bu səbəbdən Azərbaycan dövlətinin qayğısı da aydındır- Nikol Paşinyan hakimiyyətdən gedərsə, onun yerini tutanlar bölgədə yenidən gərginlik, hətta savaş çıxara bilərlər. İki Qarabağ müharibəsi olub, üçüncüsü olmayacaq. Amma Azərbaycana düşmən qüvvələrin hakimiyyəti ələ keçirməsi halnda, məsələn, hərb tarixinə “Üçüncü Ermənistan-Azərbaycan müharibəsi” kimi düşə bilər. Bu da Ermənistanın dövlət kimi sonu da ola bilər. Ağılları varsa, Paşinyanın hakimiyyətinin davamına səs verəcəklər. Yox, erməni seçici radikalları seçkilərin qalibi edərsə, nə erməni cəmiyyəti, nə dövlət bundan qazanacaq.
Doğrusu, Paşinyanın təkbaşına hökumət quracaq həddə səs toplayacağına böyük şübhəm var. Nikolun koalision hökumət quracağı halda duruş gətirə biləcəyi riski ciddidir. Amma “Nikol olmazsa...” deyib baş verə biləcəklər haqda qara fikirlərə də qapılmağın faydası yoxdur. Çünki Paşinyanım yenidən seçilməsi ilə iş bitmir, cəmiyyətin özünün baş verənlərdən nəticə çıxarması və ağıllanması lazımdır.
PictureAmma görünür ki, nifrət küpü- erməni toplumunun indi əsas yapışacaqları “qulp” Qarabağdan könüllü köçüb getdikləri hadisə üzərində olacaq. Əlbəttə ki, son günlər Azərbaycanı hər yerə şikayət edən erməni toplumu böyük qələt edir, başlarını da “Baba-nəvə”nin daşına döyürlər. Bizə qarşı ərazi iddialarını-guya Qarabağın onların ərazisi olduğunu heç bir Allah qulunu daha inandıra bilməyəcəklərinin fərqindədirlər. Amma istəyirlər ki, 2023-dəki bu könüllü köçlərini Azərbaycanın “ayağına” “zorla köçürülmə” kimi yazdırsınlar, bunun ətrafında isə dağılmış milli birliklərini, dibi qurumuş erməni ideologiyasını yenidən canlandırsınlar. Çünki soyqırım nağılları illər ötdükcə daha da maraqsız mövzuya çevrilir, üstəlik erməni lobbisinin kassasına da daha pul gətirmir və s. O səbəbdən də son aylar “bəlkə də qaytardılar” mövzusunu aktuallaşdırırlar ki, Paşinyan hakimiyyətdən gedərsə, “torpaq Azərbaycanındır, amma orada bizim də yaşamaq hüququmuzu təmin edin” deyib, hay-küyü qaldırsınlar.
Paşinyan bu düşmənçilik siyasətinə qarşıdır, bunu hakimiyyətini qorumaq üçün edir, yoxsa həqiqətən də erməni xalqına yazığı gəlir, bunu da birmənalı demək çətindir. Amma Paşinyan ya vəlvələdən, ya zəlzələdən hakimiyyətdən gedərsə, istisna etmirəm ki, məsələn, Laçınla sərhəd Gorusa 5 min Qarabağ doğumlu ermənini toplayıb, Xankəndiyə keçmək üçün “icazə istəsinlər”. Məsələn, bəhanələri də bu ola bilər ki, “gedib evimizdə qalan əşyaları götürmək istəyirik” və s. Abardılmış kimi də görünə bilər, amma söhbət ermənidən gedirsə, ondan hər cür əməl gözləmək mümkündür.
Qarabağda daha Rusiya sülhməramlıları yoxdur ki, əsgərləri ermənilərin təhlükəsizliyini təmin etsin. Dünyadan insan hüquqları kimi bozarmış, amma hələ də aktuallığını və cəlbediciliyini saxlayan mövzuya dəstək qazansalar, hətta bu axmaq “ziyarət” üçün beynəlxalq hüquq təşkilatlarının vasitəçiliyinə də ümid edə bilərlər. Avropa məhkəmələrinə də üz tuta biləcəklərini anons edirlər. Azərbaycanın Qərbi Azərbaycana qayıdış kimi daha tutarlı kontr-arqumentləri əlbəttə ki, var. Azərbaycan hökuməti ermənilərə buradan köçməzdən əvvəl adam kimi yaşamağı təklif etmişdi, amma qəbul olunmadı. Bunlar hamnısı sübutdur. 

Əcəba, bu köçü Azərbaycana qarşı istifadə etmək üçünmü düşünmüşdülər? Qarabağdan köçəndə o  qoca necə də haqlı demişdi: "Allah haqqı, erməni millət deyil..."  

 

Nazim Sabiroğlu
Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr