AZ

Xalq artistinin arxiv fotolarını paylaşıb, ad gününü təbrik etdi

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Əməkdar artist Abbas Bağırov Xalq artisti Ənvər Sadıqovun ad günü münasibətilə paylaşım edib. 

Axşam.az xəbər verir ki, musiqiçini təbrik edən müğənni bunları yazıb:

"Bu gün mənim üçün çox gözəl və özəl gündür. Bu gün Xalq artisti, görkəmli musiqi xadimi, Azərbaycan musiqisinə böyük töhfəsi, zəhməti olan ustad, əzizim, doğma və çox dəyərli Ənvər Sadıqovun  doğum günü və yubileyidir. Ənvər müəllim, siz mənim üçün təkcə ustad deyilsiniz, həm də doğma, çox dəyərli qardaşım, yol yoldaşım, səhnədə arxalandığım böyük bir dağsınız. Sizinlə eyni səhnəni bölüşmək, birlikdə bu yolu getmək mənim üçün hər zaman qürur olub. Azərbaycan musiqisinə çox böyük töhfələr vermisiniz və sözün əsl mənasında bizim milli sərvətimizsiniz. Sənətiniz, enerjiniz, ürəyiniz hər zaman hiss olunur: həm səhnədə, həm də həyatda.

Allah sizə uzun ömür, möhkəm can sağlığı versin. Hər zaman bizimlə olun, səsiniz də, varlığınız da daim başımızın üstündə olsun. Sizi çox sevirik, Ənvər müəllim, var olun".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
2
axsam.az

3Mənbələr