AZ

Pentaqon Trampa İranla bağlı yeni hərbi ssenarilər üzrə brifinq verəcək

ABŞ İranla mümkün hərbi əməliyyatların genişləndirilməsini müzakirə edir...

Poliqon xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper 30 apreldə ABŞ prezidenti Donald Tramp üçün İranla bağlı yeni potensial hərbi ssenariləri əhatə edən xüsusi brifinq təqdim edəcək. Məlumatı Axios portalı öz mənbələrinə istinadla yayıb.

Bildirilib ki, bu brifinq Tramp administrasiyasının İranla danışıqlarda yaranmış dalana dirənmiş vəziyyətdən çıxış yolları kimi ya genişmiqyaslı hərbi əməliyyatların bərpasını, ya da münaqişənin yekun mərhələsində “həlledici zərbə” variantını ciddi şəkildə nəzərdən keçirdiyini göstərir.

Axios-un məlumatına görə, Pentaqon artıq İran ərazisinə qarşı “qısa, lakin güclü” zərbə dalğası planı hazırlayıb. Bu ssenarinin məqsədi hərbi təzyiq vasitəsilə Tehranı danışıqlara geri qaytarmaq və daha çevik mövqe tutmağa məcbur etməkdir.

Digər bir ssenari isə Ormuz boğazının bir hissəsinin nəzarət altına alınmasını nəzərdə tutur. Bu addımın məqsədi strateji əhəmiyyətli dəniz yolunun beynəlxalq ticarət üçün açıq saxlanılmasıdır. Məlumata görə, bu əməliyyata quru qoşunlarının da cəlb olunması istisna edilmir.

Həmçinin nəzərdən keçirilən variantlardan biri də ABŞ xüsusi təyinatlı qüvvələrinin İranın yüksək zənginləşdirilmiş nüvə materialı ehtiyatlarının ələ keçirilməsi üçün əməliyyat keçirməsidir.

Brifinqdə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin də iştirak edəcəyi bildirilir.

Poliqon.info

Seçilən
63
poliqon.info

1Mənbələr