AZ

Tehrandan ABŞ-a yeni hədə: Fəlakət olacaq...

İrana qarşı hərbi əməliyyatın yenidən başlanması ABŞ üçün fəlakətli olacaq.

Musavat.com xəbər verir ki, bu xəbərdarlıqla İranın Ali Liderinin hərbi müşaviri Möhsün Rzayi çıxış edib. Onun sözlərini Press TV yayıb: "Tarix İran xalqının Amerika supergücünü Fars körfəzində və Oman dənizində batırdığını qeyd edəcək. Biz onların çox sayda hərbi qulluqçusunu əsir götürməyi gözləməliyik".

İran rəsmisinin sözlərinə görə, ABŞ üçün "ən ucuz seçim" İranın vəziyyəti həll etmək üçün qoyduğu 10 şərti qəbul etmək olardı.

Rzayi həmçinin İranın Ali Lideri Müctəba Xameneinin səhhətinin pis olması ilə bağlı şayiələri də rədd edib. O, yeni lideri "gənc, sağlam və enerjili" adlandırıb və onun "ölkənin işlərini ehtiyatla idarə etdiyini" söyləyib.

Musavat.com

Seçilən
73
musavat.com

1Mənbələr