AZ

İranın 6 milyard dollarlıq neft satışının qarşısı alınıb - CENTCOM

ABŞ Hərbi Dəniz Qüvvələri  İranla əlaqəli ümumilikdə 69 milyon barel neft daşıyan 41 tankeri ələ keçirib.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper açıqlayıb: "İran rejimi hazırda 41 tankerin daşıdığı 69 milyon barel nefti sata bilmir. Bu, İran rəhbərliyinin maliyyə mənfəəti üçün istifadə edə bilməyəcəyi 6 milyard dollardan çoxdur".

O, "blokadanın çox təsirli olduğunu və ABŞ qüvvələrinin onun tam tətbiqini təmin etməkdə qərarlı olduğunu" vurğulayıb.

Musavat.com

 

Seçilən
50
1
musavat.com

2Mənbələr