ABŞ Hörmüz boğazından gəmilərin maneəsiz keçidini bərpa etmək üçün digər ölkələri yeni beynəlxalq koalisiyaya qoşulmağa dəvət edir.
Musavat.com xəbər verir ki, məlumatı "The Wall Street Journal" qəzeti Dövlət Departamentinin teleqramına istinadən yayıb.
Jurnalın məlumatına görə, "Dəniz Azadlığı Quruluşu (DKQ) adlandırılan təşəbbüs Dövlət Departamentinin səfirliklərə göndərilən daxili teleqramında əksini tapıb və Amerika diplomatlarını xarici hökumətləri təşəbbüsə qoşulmağa çağırıb".
ABŞ-ın rəhbərlik etdiyi yeni koalisiya məlumat paylaşacaq, diplomatik səyləri əlaqələndirəcək və sanksiyaları tətbiq edəcək.
DKQ-nin Fransa və Birləşmiş Krallığın rəhbərlik etdiyi Hörmüz Boğazı Təhlükəsizlik Təşəbbüsü də daxil olmaqla digər tədbirləri tamamlayacağı gözlənilir.
Musavat.com