AZ

Azərbaycanda yaz fəsli olmayacaq?

Yaz fəslinin bitməsinə 1 ay qalsa da, onun xarakterik istiliyi və sabitliyi hələ də hiss olunmur. Hətta may ayında havaların qəfil və kəskin istiləşəcəyi gözlənilir.

Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, yazın ilk iki ayı Bakı və ətraf bölgələrdə qeyri-sabit, sərin və yağıntılı hava şəraiti ilə yadda qaldı:

“Ənənəvi olaraq yaz aylarında müşahidə edilən mülayim istilik və günəşli günlər bu il özünü gec göstərir. Metroloji baxımından fəsillər arasında keçid dövrləri, xüsusilə yaz ayları dəyişkənliyi ilə seçilir. Hazırda müşahidə olunan sərin və rütubətli hava kütlələrinin üctünlük təşkil etməsi, əsasən şimal və qərb istiqamətlərindən daxil olan soyuq hava axınları ilə əlaqədardır. Bu proseslər bəzən yazın “gecikməsi” kimi qəbul edilir. Lakin may ayı ilə birlikdə vəziyyət dəyişməyə başlayır. Günəş radiasiyasının artması, torpaq və su səthinin isinməsi atmosferin aşağı qatlarında tempereturun yüksəlməsinə səbəb olur. Bu isə daha sabit və isti hava şəraitinin formalaşması üçün zəmin yaradır”.

Ekoloq bildirib ki, may ayında tempereturun qısa müddət ərzində nəzərəçarpacaq dərəcədə artması mümkündür:

“Bu, xüsusilə cənub və cənub-şərq istiqamətindən daxil olan isti və quru hava kütlələri ilə bağlıdır. Belə hallarda temperatur bir neçə gün ərzində 10-15 dərəcə yüksələ bilər. Bu da anidən “kəskin istiləşmə” deməkdir. Amma bu proses sabit olmur. Yəni may ayında bir neçə gün isti hava müşahidə olunsa da, ardınca yenidən sərin və yağıntılı hava dalğası gələ bilər. Bu isə yaz fəslinin dəyişkən xarakterindən irəli gəlir.

Seçilən
40
3
publika.az

3Mənbələr