ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Çempionlar Liqasının ikinci yarımfinal oyununda "Atletiko Madrid" və "Arsenal" komandaları üz-üzə gəliblər.
Moderator.az xəbər verir ki, Madriddəki "Sivitas Metropolitono" stadionunda keçirilən qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Hər iki komanda penaltidən fərqlənib. "Arsenal"dan Viktor Dyokereş 44-cü, "Atletiko"dan isə Xulian Alvares 56-cı dəqiqədə 11 metrlik zərbəni dəqiq yerinə yetirib.
Tərəflər arasında cavab görüşü mayın 5-də keçiriləcək.
Qeyd edək ki, ilk yarımfinal görüşündə PSJ evdə "Bavariya"dan üstün olub - 5:4.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.