AZ

Rəqibdən bir baş üstün oynadıq, lakin... Qəzənfər Abbasov liderlə heç heçəni şərh etdi

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Futbol üzrə 2-ci Liqasının 24-cü turunda 2-ci pillədəki "Qaradağ Lökbatan" Şamaxıda "Xankəndi" ilə 1:1 hesablı bərabərliyə razılaşdı. Bu qarşılaşmada qələbə qazanmadığı üçün zirvəni ələ keçirə bilməyən Lökbatan təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Xankəndi" ilə oyun ağır keçdi. Belə olacağını gözləyirdik. Hər bir hadisəyə də hazır idik. İlk dəqiqələrdən hücuma atıldıq. Qolu tez vurmaq istəyirdik. Lakin futbolçumuz meydanda zədələndi və rəqib də bundan istifade etdi, qol vurdu. 

İkinci hissədə daha riskli oynamağa başladıq və irəli atıldıq. Qol imkanlarımız oldu, lakin ələ düşən fürsətlərin yalnız birindən istifadə etdik. Sadəcə, qolumuzu gec vurduq. Bir qədər də zamanımız qalsaydı, daha bir qol vuracaqdıq. Rəqib templi oynamağa imkan vermedi. Tez-tez yerə yıxılır, həkim çağırırdılar. Bu da bizim tempi artırmağımıza mane olurdu. Ancaq yenə də öz futbolçularıma belə əzmkar mübarizəyə görə təşəkkür edirəm. Dünən rəqibdən bir baş üstün oynadıq, lakin istədiyimiz qələbəni qazana bilmədik".

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
1
fanat.az

2Mənbələr