AZ

General Türkiyəni hədələdi, tələb irəli sürdü

Uqanda Müdafiə Qüvvələrinin komandanı Muhoozi Kainerugaba Türkiyəyə yönəlik açıqlamaları ilə yenidən gündəmə gəlib.Metbuat.az xəbər verir ki, “Twitter generalı” kimi tanınan Kainerugaba sosial şəbəkə paylaşımlarında diplomatik etika ilə uzlaşmayan iddialar və sərt mesajlar səsləndirib. Uqanda Prezidenti Yoveri Museveninin oğlu olan Kainerugaba əvvəlki açıqlamalarında Türkiyəyə qarşı maliyyə tələbi irəli sürdüyünü iddia edib. Onun sözlərinə görə, Türkiyədən 1 milyard dollar tələb olunub və ödəniş edilməzsə, səfirliklərin bağlanacağını bildirib.Generalın diqqət çəkən digər paylaşımında isə şəxsi xarakterli iddia yer alıb. O, “onsuz da 5 türk qadını ilə evlənmişəm, çox asanıydı” ifadəsini yazaraq Türkiyəyə yönəlik qalmaqallı fikirlər səsləndirib. Kainerugaba həmçinin türk xalqı ilə bağlı sərt ifadələr işlədərək onlardan qorxmadığını, əksinə qarşı tərəfin qorxmalı olduğunu bildirib.Qeyd edək ki, o, daha əvvəl də Türkiyədən Fred Kajubi Lumbuye adlı şəxsin Uqandaya təhvil verilməsini tələb edib və əks halda diplomatik gərginlik yarana biləcəyini iddia edib. Onun açıqlamaları rəsmi təsdiqini tapmayıb və beynəlxalq diplomatik dairələrdə əsasən şəxsi sosial media bəyanatları kimi qiymətləndirilir.

Rəsmi Ankara və Uqanda arasında isə diplomatik münasibətlərin normal qaydada davam etdiyi bildirilir.

Seçilən
72
metbuat.az

1Mənbələr