AZ

ABŞ–İran müharibəsi Vaşinqtona 25 milyard dollara başa gəlib » AzadMedia.az

ABŞ–İran

ABŞ-ın Pentaqon nümayəndəsi bildirib ki, İranla davam edən müharibə artıq ölkəyə təxminən 25 milyard dollara başa gəlib.
Məlumata görə, bu barədə Pentaqon rəsmisi Cules Hurst ABŞ Konqresində – Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı açıqlama verib. O qeyd edib ki, xərclərin böyük hissəsi döyüş sursatlarına yönəlib.

Dinləmələrdə çıxış edən ABŞ-ın müdafiə naziri Pit Heqset isə Donald Tramp administrasiyasının 2027-ci maliyyə ili üçün 1,5 trilyon dollar həcmində müdafiə büdcəsi tələbini müdafiə edib. Nazir bildirib ki, bu büdcə “mövcud vəziyyətin təcili xarakterini” əks etdirir.

Qeyd edək ki, bu dinləmələr İranla müharibənin başlanmasından sonra Heqsetin Konqresdə ilk ictimai çıxışı kimi qiymətləndirilir.

Seçilən
29
1
azadmedia.az

2Mənbələr