AZ

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb - FOTO

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası çərçivəsində Suqovuşanda keçirilən yarışlar başa çatıb.

Moderator.az xəbər verir ki, idmançılar reqatanın bu mərhələsində müxtəlif yaş kateqoriyalarında birnəfərlik kayak və kanoe qayıqlarında 200 metr məsafədə mübarizə aparıblar.

Azərbaycan komandasının heyətində ilk medalı Əlimurad Hacızadə qazanıb. Hacızadə birnəfərlik kayak qayığında 2008–2009-cu il təvəllüdlü idmançıların mübarizəsində gümüş medal əldə edib.

Xatırladaq ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatası 30 aprel – 1 may tarixlərində Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

 

 

 
Seçilən
51
8
moderator.az

10Mənbələr