AZ

Mustafayevin sinif yoldaşı olan erməni danışdı: Şahinin əsl adı... - VİDEO

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin bu gün Ermənistana səfəri və Ağverəndə erməni həmkarı Mqer Qriqoryanla birgə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclasını keçirməsi Ermənistanda müzakirə olunmaqdadır.

Turkustan.az xəbər verir ki, Ş.Mustafayevin Noyamberyan (Barana, İncəsu) rayonunun Cucevan kəndindən olması və bu kənddə orta məktəbə getməsini erməni mediası qabartmaqdadır.

Bildirilir ki, Ş.Mustafayevin ailəsi bu kənddə yeganə azərbaycanlı ailə olub və buna görə də Ş.Mustafayev ermənicə təhsil alıb, erməni dilini yaxşı bilir.

Ş.Mustafayevin sinif yoldaşı, Cucevan kənd sakini Qarik Arutyunyan “News.am” portalına bildirib ki, Mustafayevlə uşaqlıq dostudur:

“Mən onun uşaqlıq dostuyam, sinif yoldaşıyam, o, İrəvanda oxumağa gedənə qədər (Ş.Mustafayev 9 və 10-cu sinifləri İrəvanda oxuyub - red.) bir yerdə olurduq. Onu yaxşı tanıyıram.

Onun əsl adı Şahendir. Adı Azərbaycana köçdükdən sonra Şahinə dəyişdirilib ki, Ermənistanla heç bir əlaqəsi olmasın”.

Qeyd edək ki, Azərbaycanda “Şahen” adı yoxdur və mümkündür ki, ermənilər Şahin əvəzinə ona “Şahen” deyiblər.

Qarik deyib ki, Ş.Mustafayevin Cucevana gəlmək istədiyini mediadan oxuyub. Mustafayevlə görüşməyə xüsusi istəyinin olmadığını vurğulayan Qarikin sözlərinə görə, buna baxmayaraq, sinif yoldaşı ilə görüşsəydi, keçmiş günləri xatırlayardı:” Bəlkə də sonradan baş verən müharibə haqda da danışa bilərdik”.

Seçilən
44
4
turkustan.az

5Mənbələr