AZ

Livan prezidenti İsraili atəşkəs rejimini pozmamağa çağırıb

Livan münaqişənin nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə etmək üçün İsraili atəşkəs rejimini pozmağı dayandırmağa çağırıb.

“İki sahil” "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Livan Prezidenti Cozef Aun ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Livan Ağ Evdən İsraillə birbaşa danışıqların başlama tarixinin təyin edilməsini gözləyir.

Aun həmçinin vurğulayıb ki, İsrail üçün təhlükəsizliyin qorunmasının yeganə yolu danışıqlardan keçir, onlar diplomatiyada irəliləyiş əldə etmək üçün müvəqqəti atəşkəsi pozmamalıdır.

"Əgər İsrail atəşkəs rejiminin pozulması və sərhədyanı kəndlərin dağıdılması vasitəsilə təhlükəsizliyə nail ola biləcəyini düşünürsə, yanlış fikirdədir. Çünki o, daha əvvəl də bunu etməyə cəhd edib və heç bir nəticə əldə etməyib", - Livan Prezidenti deyib.

Seçilən
33
5
ikisahil.az

8Mənbələr