ain.az, Qol.az portalına istinadən məlumat yayır.
"Qolların hamısını dəf etmək çətin idi"
"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının yarımfinalında PSJ ilə keçirilən ilk matçdan (4:5) sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, almaniyalı qolkiper beş qol buraxdıqları görüş barədə bunları deyib:
"Əlbəttə, beş qol buraxmaq istənilən müdafiə xətti və hər bir qapıçı üçün xoşagəlməz haldır. Siz o qolları gördünüz. Onların hər hansı birini dəf etmək çətin idi. İki dəfə topa toxunmağa çox yaxın oldum. Lakin biz həqiqətən xarakter nümayiş etdirdik və yaxşı geri dönüş etdik. Hətta hesabı 5:5 də edə bilərdik".
Noyer növbəti matçda vəziyyəti dəyişə biləcəklərinə inandığını vurğulayıb:
"Bilirik ki, gələn həftə ev oyunumuz var və hər şey öz əlimizdədir. Hələ hər şey mümkündür".
Xatırladaq ki, komandalar arasında cavab qarşılaşması mayın 6-da "Arena Münhen" stadionunda baş tutacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.