AZ

İlon Mask süni intellektlə bağlı xəbərdarlıq edib

Amerikalı milyarder İlon Mask “OpenAI” şirkətinə qarşı məhkəmə iddiasında süni intellektin bəşəriyyət üçün böyük təhlükə yarada biləcəyini deyib. O bildirib ki, bu texnologiya yanlış əllərə düşərsə, fəlakətli nəticələr verə bilər.

TASS Agentliyi xəbər verir ki, Mask hələ 2015-ci ildə süni intellektin təhlükəsizliyini Sem Altman ilə müzakirə edib. Maskın bu narahatlığı “Google”un həmtəsisçisi Larri Peyclə görüşdən sonra daha da artıb. Belə ki, Peyc onu insanları rəqəmsal həyat formalarından üstün tutmaqda ittiham edib.

Hazırda davam edən məhkəmədə Mask “OpenAI” rəhbərliyini xeyriyyəçilikdən uzaqlaşıb yalnız mənfəət güdməkdə günahlandırır. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
47
azerbaijan-news.az

1Mənbələr