AZ

İlon Mask: Süni intellekt bəşəriyyəti Terminator dakı kimi məhv edə bilər

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı sahibkar və milyarder İlon Mask bildirib ki, süni intellektin (Al) inkişafı gələcəkdə "Terminator” filmində təsvir olunan ssenariyə bənzər nəticələrə gətirib çıxara və bəşəriyyətin məhvinə səbəb ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Fortune" yazır.

"Biz hər şeyin "Terminator"dakı kimi bitməsini istəmirik. Biz istəyirik ki, hər şey Cin Roddenberrinin təsvir etdiyi, "Ulduz yolu"ndakı kimi başa çatsın" deyə Mask bildirib.

O qeyd edib ki, "Neuralink” şirkəti beyin implantlarının hazırlanması zamanı süni intellekt təhlükəsizliyi prinsiplərinə əməl edir. Sahibkarın sözlərinə görə, tədqiqatlar zamanı "insan və süni intellekt simbiozu” yanaşmasından istifadə olunur.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
86
3
qaynarinfo.az

5Mənbələr