Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Klassik makaron reseptlərindən bezənlər üçün son dövrlərdə mətbəxdə diqqət çəkən ideyalardan biri keks qəlibində hazırlanan soba makaronudur. Sosial mediada milyonlarla baxış toplayan bu üsul təqdimatı ilə fərqlənir.Demokrat.az xəbər verir ki, ilk baxışda duzlu keksə bənzəsə də, bu resept bol inqrediyentli və doyurucu yeməyə çevrilir. Ən maraqlı cəhəti isə sobadan çıxdıqdan sonra qəlib formasını qoruyub saxlamasıdır.Bu reseptdə ilk addım makaronun qaynadılmasıdır. İstəyə görə soba makaronu, burma və ya qalın çubuq makaron növlərindən istifadə etmək olar. Makaronun bir qədər diri qalacaq şəkildə bişirilməsi vacibdir. Çünki ikinci bişirmə mərhələsi sobada baş verir. Həddindən artıq yumşaq bişirilən makaron qəlibdən çıxarılarkən dağıla bilər.Qaynadılmış makaronun suyunu atmaq əvəzinə saxlamak da faydalı üsuldur. Tərkibində nişasta olduğu üçün makaron suyu şorbalarda, souslarda və tərəvəz yeməklərində qatılaşdırıcı kimi istifadə oluna bilər.Ayrı qabda yumurta, süd, duru yağ və qara istiot çırpılır. Bu qarışım reseptin birləşdirici hissəsini təşkil edir. Üzərinə rəndələnmiş pendir və xırda doğranmış cəfəri əlavə edildikdə həm dadı, həm də görünüşü daha cəlbedici olur. Həmçinin kaşar pendiri, ağ pendir və ya qarışıq pendir növləri ilə də hazırlamaq mümkündür.Daha sonra qaynadılmış makaron bu qarışıma əlavə edilir və bütün inqrediyentlər yaxşıca qarışdırılır. Yağlanmış keks qəlibinə tökülən qarışımın bərabər yayılması vacibdir ki, bişdikdən sonra forma aydın görünsün.Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirilir. Sobadan çıxdıqda belə iştahaçan görünür. Nəticədə xarici hissəsi yüngül xırtıldayan, daxili isə yumşaq və kremvari olan makaron keks əldə edilir. Dilimlənərkən dağılmadan rahatlıqla süfrəyə təqdim etmək mümkündür.Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.