AZ

"Aston Villa" Markus Reşfordu yayda heyətinə qatmaq istəyir

İngiltərənin "Aston Villa" klubu hazırda İspaniya təmsilçisi "Barselona"da çıxış edən Markus Reşfordu transfer etmək istəyir.

"Far.Az" "Sky Sports"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 28 yaşlı hücumçunu diqqətlə izləyir və yayda onunla müqavilə imzalamağa hazırdır.

Kataloniya klubunun müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan forvardı 30 milyon avro qarşılığında heyətinə qatmaq imkanı var. Lakin ölkə çempionunun maliyyə vəziyyəti bu anlaşmanı aktivləşdirməyə mane olur. "Barselona" oyunçunun icarə müddətini uzatmaq niyyətindədir, lakin "qırmızı şeytanlar" buna qarşıdır.

M.Reşford ötən ilin birinci yarısında icarə əsasında "Aston Villa"nın da formasını geyinib.

Qeyd edək ki, ingiltərəli oyunçu cari mövsüm "Barselona"da 45 oyuna 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
20
far.az

1Mənbələr