AZ

Bir həftə popkorn yedi, orqanizmində möcüzə baş verdi

Jurnalist və sağlam qidalanma üzrə ekspert Şarlott Andersen bir həftə ərzində yalnız popkornla qidalanıb və əldə etdiyi nəticəyə özü də təəccüblənib.

Ölkə.Az xəbər verir ki, o, apardığı eksperimentin yekunlarını The Healthy saytında dərc edib.

Andersen bildirib ki, "popkorn pəhrizi" sayəsində onun həzm sistemi stabilləşib. Jurnalistin məsləhət üçün müraciət etdiyi diyetoloq Kelli Krikheli bunu məhsulun tərkibindəki yüksək lif (kletçatka) miqdarı ilə izah edib. "Popkorn bağırsaq sağlamlığı üçün çox faydalı olan həll olunmayan liflərin və prebiotiklərin etibarlı mənbəyidir", — deyə Krikheli qeyd edib.

Jurnalist əlavə edib ki, popkorn sayəsində idman zədəsindən sonra ağrıyan oynaqlarının vəziyyəti də yaxşılaşıb. Digər diyetoloq Cessika Levinson isə bunun izahını tapıb. Onun sözlərinə görə, popkornun tərkibində iltihab səviyyəsini azaldan güclü antioksidantlar — fenol turşuları olduqca çoxdur.

Sonda Andersen qeyd edib ki, müntəzəm popkorn yemək onun qəlyanaltı istəyini cilovlamağa kömək edib: "Mən xırçıldayan qidaları çox sevirəm. Əlbəttə, kök də yeyirəm, amma popkorn həm xırçıltı, həm də duzlu qida ehtiyacımı qarşılayır. Eyni zamanda o, məsələn, çipslərdən qat-qat faydalıdır".

Seçilən
56
2
olke.az

2Mənbələr