AZ

Yüksək nəticə 11 il ərzində formalaşmalıdır Rəşad Qardaşov

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin “11 il oxuyub anlama formalaşmayıbsa, iki ay heç nəyi dəyişməyəcək” fikri mənə görə nəzəri baxımdan doğrudur".

Bunu Redaktor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti Rəşad Qardaşov bildirdi.

Onun sözlərinə görə, xarici dil bacarığı dörd aspektdən müəyyənləşdirilir: yazma, oxuma, dinləmə, danışma.

"Əgər şagirdin bünövrəsi yoxdursa, 2 aya şagirdi bu aspektlərdə formalaşdırmaq olmaz. Düzdür, 1 həftəyə, 10 günə nələrsə öyrənib deyə bilərik. Bu bizə müəyyən qədər kömək edə bilər. Əgər biz yüksək nəticə istəyiriksə, bu, 11 il ərzində formalaşmalıdır. Məleykə xanımın bu fikri ilə razılaşıram".

R.Qardaşov vurğuladı ki, imtahan biliyin yoxlanılmasıdır və bu, dünyanın hər bir ölkəsində belədir:

"Lakin bu həm də texniki prosesdir, imtahan texnikasını da bilmək lazımdır. Bu işin texnikası imtahan biliyi qədər də vacib olan bir şeydir. Çünki hazırlıqlı şagirdimiz ola bilər, imtahan texnikasından düzgün yararlana bilməzsə, müvəffəq nəticə göstərə bilməz.

Ona görə də imtahan texnikası bilik qədər vacib bir şeydir. Abituriyent son iki ayda texniki baxımdan sınaqlara cəlb olunarsa, psixoloji yardımlar alarsa, stres atıcı təlimlərə cəlb olunarsa — son iki ay sırf imtahan biliyi yox, texniki prosedurlara cəlb olunarsa —  daha müvəffəq nəticə əldə edə bilər. Şəxsi qənaətimdir ki, son iki ayı sırf imtahanın texniki məsələlərinə cəlb olunmaq daha yüksək nəticəyə gətirib çıxara bilər".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
1
redaktor.az

2Mənbələr