AZ

Qaçaq məktəb direktoru Türkiyədə tutuldu – 69 min manatlıq dələduzluq

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılaraq ölkəmizə ekstradisiya edilib. Musavat.com xəbər verir ki, Ədliyyə Nazirliyinin yaydığı məlumata əsasən, Sevinc Əlisafa qızı Hüseynovanın gizləndiyi yer Türkiyədə müəyyən olunub və o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən Sevinc Hüseynova 2018-ci ildən etibarən bir qrup vətəndaşı işə düzəltmə və müxtəlif vəzifələrə təyin etdirmə adı ilə aldadaraq onlardan ümumilikdə 69 min manat məbləğində pul almaqda ittiham olunur. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.1-ci maddələri ilə ittiham irəli sürülüb. Baş Prokurorluğun sorğusu əsasında aparılan danışıqlar və beynəlxalq prosedurlar nəticəsində Türkiyə tərəfi şəxsin Azərbaycana ekstradisiyasına razılıq verib. Sevinc Əlisafa qızı Hüseynova Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar Xidmətin əməkdaşları tərəfindən Türkiyənin Antalya şəhərindən ölkəyə gətirilib. Məhkəmənin qərarına əsasən o, istintaq təcridxanasına yerləşdirilib. Qeyd olunub ki, bu istiqamətdə beynəlxalq hüquqi əməkdaşlıq tədbirləri davam etdirilir.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
79
musavat.com

1Mənbələr