Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.
Xəbər verdiyimiz kimi, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir.
"Unikal"ın məlumatına görə, nümayəndə heyəti Ağverandakı "Apricot Hotels & Resort" hotelində yerləşib.
Polis hotelə aparan yolu bağlayıb və jurnalistlərin hotel ərazisinə yaxınlaşmasına icazə verilmir.
Ağveran Ermənistanın Kotayk rayonunun Arzakan kəndi yaxınlığında yerləşən, dağ-meşə landşaftlı tanınmış kurort və istirahət zonasıdır.
Ağarza Elçinoğlu
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin qaldığı hotelə gedən yol bağlanıb pic.twitter.com/GEXXAguSSq
— Unikal.az (@UnikalOrgPortal) April 29, 2026
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.