AZ

Bazarda pul “səpildiyi” halda, bu sektor kənarda qalıb zərərlə mübarizə aparır

Azərbaycanda banklar və BOKT-lər 2026-cı ilin ilk rübündə illərin ən yaxşı maliyyə nəticələrini göstərərkən, kredit ittifaqlarının xalis zərəri 700 min manat ətrafında olub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 180 min manatla müqayisədə durumun düz 4 dəfə pisləşməsidir.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik bülletenindəki göstəriciləri hesablayaraq bu nəticəyə gəlir.

Nəticəyə əsas təsir göstərən amil ehtiyat ayırmalarının 500 min manatdan 1 milyon manata yüksələrək 100% artması olub.

Kredit ittifaqlarının gəlir və xərclərə baxdıqda faiz gəlirləri 500 min manat səviyyəsində sabit qalıb. Qeyri-fiaz gəlirləri 100 min manat səviyyəsində sabit qalıb. Qeyri-faiz xərcləri 400 min manatdan 300 min manata enərək 25% azalıb. Buna baxmayaraq, ehtiyat xərclərinin 500 min manatdan 1 milyon manata yüksəlməsi cəmi maliyyə nəticəsinə əsas təzyiqi formalaşdırıb və vergi ödənilənədək zərər 200 min manatdan 700 min manata yüksəlib.

Kİ-lərin aktivlər 12.5 mln. manatdan 12.1 mln. manata düşərək 3.2% azalıb. Kredit portfeli 10.7 mln. manatdan 10.3 mln. manata enərək 3.7% azalma göstərib və aktivlərin əsas hissəsində daralma davam edib. Nağd vəsaitlər 600 min manatdan 500 min manata düşərək 16.7% azalıb, hesablanmış faizlər isə 1.0 mln. manatdan 1.1 mln. manata yüksələrək 10% artım nümayiş etdirib.

Cəmi öhdəliklər 2.7 mln. manatdan 2.6 mln. manata enərək 3.7% azalıb. Cəmi kapital 9.8 mln. manatdan 9.5 mln. manata düşərək 3.1% azalma göstərib. Bölüşdürülməmiş xalis mənfəət 2.8 mln. manatdan 2.6 mln. manata enərək 7.1% azalıb, nizamnamə kapitalı isə 7.1 mln. manatdan 6.9 mln. manata düşərək 2.8% azalma nümayiş etdirib.

Azərbaycan kredit bazarının əsas iştirakçıları banklar 2026-cı ilin ilk rübündə 521 milyon manat əməliyyat mənfəəti, 372 milyon manat xalis mənfəət əldə edib və həmin dövrdə 84.6 milyon manat məbləğində mənfəət vergisi ödəyib. İkinci aktiv iştirakçılar bank olmayan kredit təşkilatları 2026-cı ilin birinci rübündə xalis mənfəətini 81.7 milyon manat səviyyəsinə çatdırıb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 31.6 milyon manat zərər idi.

Əlavə olaraq indiyə qədər müşahidələrimiz göstərir ki, 2015-ci ildəki ard-arda devalvasiyadan sonra kredit ittifaqları özlərinə bazarda özlərində güc tapıb hər hansısa töhvə verə bilməyiblər. İlk rüblərdə son 5 ildə yalnız zərər açıqlayıblar.

Seçilən
48
banker.az

1Mənbələr