AZ

Sabah hava əsasən yağmursuz olacaq -PROQNOZ

Aprelin 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

 

Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 9-11, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət isə 55-65 faiz təşkil edəcək.

 

Azərbaycanın əksər rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 7-10, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacaq.

Seçilən
47
49
senzor.az

10Mənbələr