AZ

Gənc aktyorun ürəyi dayandı

Türkiyəli aktyor Oqtay Çubuk xəstəxanaya yerləşdirilib.
ONN media xəbər verir ki, gənc aktyor tətildə olarkən qəfil huşunu itirib. Tibbi müayinələr zamanı onun ürəyinin qısa müddətə dayandığı məlum olub.
Çubukun reanimasiya şöbəsinə yerləşdirildiyi, həyatı üçün təhlükə yaradan vəziyyətinin nəzarət altına alındığı və müalicəsinin davam etdiyi bildirilib.
Digər tərəfdən, 30 yaşlı aktyorun hər hansı bir ürək xəstəliyinin olmadığı bildirilib.
2020-ci ildə "Daha bir nəfər" filmindəki Fəhmi obrazını canlandırdığı üçün mükafatlara layiq görülən gənc aktyor "Cənnətin göz yaşları", "Eşq ağladır" və "Sol yanım" kimi seriallarında rol alıb.

Seçilən
48
onn.az

1Mənbələr