AZ

Osimhen üçün inanılmaz təklif: dərhal cavab verildi

ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

"Barselona"nın Viktor Osimhen üçün 100 milyon avrodan çox təklif etdiyi bildirilsə də, "Qalatasaray"ın 150 milyon avro tələb etdiyi və geri çəkilməkdən imtina etdiyi deyilir. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Avropa nəhəngləri "Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhenə maraq göstərməyə davam edir. Bu dəfə "Barselona" nigeriyalı futbolçu üçün diqqət çəkən həmlə edib. 

Məlumata görə, "Barselona" Viktor Osimhen üçün hələ rəsmi olmayan, lakin 100 milyon avrodan çox məbləğdə təklif göndərib. Bu, transfer bazarında böyük ajiotaj yaradıb. 

“Qalatasaray” rəhbərliyinin bu təklif qarşısında geri çəkilmədiyi məlum olub. “Qalatasaray”ın Osimhen üçün tələb etdiyi qiymətin 150 milyon avro olduğu bildirilir. 

İki klub arasında danışıqların yaxın günlərdə necə davam edəcəyi hələ bilinməsə də, Osimhenin gələcəyi transfer pəncərəsinin ən çox müzakirə olunan mövzularından biri olacaq.

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
2
lent.az

3Mənbələr