AZ

Luis Enrike "Bayern"i səfərdə yenmək üçün neçə qol vurmalı olduqlarını dedi

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin dünən baş tutan ilk oyununda "Bayern Münhen"i 5:4 hesabı ilə məğlub edən PSJ-nin baş məşqçisi Luis Enrike qələbəni şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini RFI belə çatdırıb:

"İndicə əməkdaşlarımızdan bizə gələn həftə uğur qazanmaq üçün neçə qol lazım olacağını soruşdum. Düşünürük ki, Münhendə azı 3 qol vurmalıyıq. Əlbəttə, "Bayern" öz meydanında, yerli azarkeşlərin dəstəyi fonunda oynayacaq. Rəqibin evdə daha güclü olacağı bəllidir. Amma ora qayıtmaq bizim üçün xoş xatırələrin oyanması deməkdir. Motivasiyanı qorumaq və bu oyunda qələbə qazanmaq istəyirik".

Tərəflərin cavab qarşılaşması mayın 6-da keçiriləcək.

Nihat

Seçilən
36
1
fanat.az

2Mənbələr