AZ

Süni intellekt savaşında yeni qalmaqal

Süni intellekt dünyasının gələcəyini formalaşdıra biləcək tarixi məhkəmə prosesində tərəflər üz-üzə gəlib.

“OpenAI”-ın yaratdığı “ChatGPT” ilə tanınan şirkətə qarşı hüquqi mübarizəyə başlayan İlon Mask, dünən keçirilən ilk iclasda qurumun ilkin missiyasından uzaqlaşdığını və “yağmalandığını” iddia edib.

Mask əlavə edib ki, qurum əvvəlcə heç bir fərdi şəxsin qazanc əldə etmədiyi xeyriyyə təşkilatı kimi nəzərdə tutulmuşdu:

“Əgər xeyriyyə təşkilatının yağmalanmasını adi hal kimi qəbul etsək, ABŞ-də xeyriyyəçilik fəaliyyətlərinin əsası sarsılar”.

Mask Sem Altman və Qreq Brokmanı qeyri-kommersiya təşkilatını böyük kommersiya şirkətinə çevirməkdə ittiham edir.

İddiada əsas tələblər bunlardır:

*“OpenAI” və onun investoru “Microsoft”dan 150 milyard dollar təzminat,

*Şirkətin yenidən qeyri-kommersiya strukturuna qaytarılması,

*Sem Altman və Qreq Brokmanın rəhbərlikdən uzaqlaşdırılması.

“OpenAI” və Sem Altmanın vəkili Uilyam Savitt açılış çıxışında ittihamları rədd edib.

Savitt bildirib ki, Mask qurumu əvvəldən gəlir mənbəyi kimi görüb və onu kommersiya struktura çevirərək şəxsən rəhbərlik etmək istəyib.

“OpenAI” tərəfi iddia edir ki, Mask təhlükəsizlik məsələlərindən çox, idarəetmədə söz sahibi olmağa fokuslanıb.

Seçilən
70
cebheinfo.az

1Mənbələr