AZ

Rusiya miqrasiya siyasətini sərtləşdirir

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya hökuməti xarici ölkə vətəndaşlarına verilən yaşayış icazəsi üçün alınan dövlət rüsumunu rekord dərəcədə artırmağa hazırlaşır.

"Cebheinfo.az" xəbər verir ki, hökumətin qanun layihələri komissiyası tərəfindən təsdiqlənən tənzimləməyə əsasən, hazırda 6 min rubl olan yaşayış icazəsi rüsumu 30 min rubla yüksələcək. 

Beləliklə, xaricilərin müddətsiz və ya uzunmüddətli qanuni yaşayış statusu əldə etmək üçün ödədikləri məbləğ beş dəfə artmış olacaq.

Layihədə diqqət çəkən istisna isə Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayan xaricilər üçün gətirilib. Buna görə də Rusiya ordusunda xidmət etmək üçün müqavilə bağlayan xarici ölkə vətəndaşları və onların ailə üzvləri bu rüsumdan azad ediləcəklər.

Miqrasiya qanunvericiliyindəki sərtləşmə yalnız rüsum artımı ilə məhdudlaşmır. Ədliyyə Nazirliyi bu ay ərzində ekstremizm, ictimai təhlükəsizlik və ya informasiya təhlükəsizliyini təhdid edən cinayətlərdə iştirak edən xaricilərə qarşı sanksiyaları ağırlaşdıran yeni dəyişikliklər paketi hazırlayıb.

Layihəyə əsasən, xüsusi hərbi əməliyyat dövründə Rusiya ordusu ilə ən azı bir illik müqavilə bağlayan xarici hərbçilərin ailə üzvlərinə yaşayış icazəsinin verilməsi də bəzi hallarda məhdudlaşdırıla bilər. Bu addım miqrasiya siyasətinin təhlükəsizlik oxu ətrafında yenidən formalaşdırıldığını göstərən yeni bir işarə kimi qiymətləndirilir.

Daxili İşlər Nazirliyi Miqrasiya Xidmətinin mart ayında açıqladığı rəqəmlərə görə, Rusiyada olan xarici ölkə vətəndaşlarının sayı ötən il 8.6 faiz azalaraq 5.7 milyona düşüb. Müvəqqəti yaşayış icazəsi verilənlərin sayı üçdə bir nisbətində azalaraq 31 min 304-ə, verilən yaşayış icazələrinin sayı isə 27.3 faiz azalma ilə 156 bin 229-a geriləyib. Rusiya vətəndaşlığına qəbul edilənlərin sayı da bir ildə 27.1 faiz azalaraq 152 min 400 olaraq qeydə alınıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
1
cebheinfo.az

2Mənbələr