Xocalının 4 kəndinə növbəti köç olub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb.
Köçürülənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Badara kəndinə 16 ailə (59 nəfər), Xanabad kəndinə 10 ailə (46 nəfər), Təzəbinə kəndinə 3 ailə (15 nəfər), Xanyurdu kəndinə isə 4 ailə (25 nəfər) köçürülüb.