Mayamidə ABŞ prezidenti Donald Trampın qızıldan heykəli qoyulub.
Publika.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Bildirilib ki, 15 fut (4.5 metr) hündürlüyündə olan, “Don Colossus” adlandırılan heykəlin müəllifi amerikalı heykəltəraş Alan Kottrildir.
Qızıl örtüklü bürünc heykəlin hazırlanmasına ümumilikdə 360 min dollar xərcləndiyi bildirilir. Heykəl Trampın 2024-cü il seçki kampaniyası zamanı ona qarşı sui-qəsd cəhdindən sonrakı məşhur pozanı əks etdirir.