İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın cənubunda "Hizbullah" döyüşçüləri tərəfindən raketlə vurulub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Hizbullah" milisinin "Telegram" kanalında məlumat verilib.
"Müqavimət qüvvələri El-Kantara rayonu üzərində uçuş həyata keçirən düşmənin "Hermes 900" PUA-sını "yer-hava" raketi ilə vurub", - deyə açıqlamada bildirilib.
Həmçinin qeyd edilib ki, daha əvvəl döyüşçülər El-Kantarada İsrailin "Merkava" tankını dron-kamikadze ilə sıradan çıxara biliblər.
Bundan əlavə, Bint-Cbeyledə "Hizbullah" döyüşçüləri "Caterpillar D9" buldozerini də vurublar.
"Cebheinfo.az"