AZ

WUF13 dən gözləntilər: müasir çağırışlar və yeni yanaşmalar mütəxəssis rəyi

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 aprel, AZƏRTAC

Müasir dünyada əhalinin artımı və urbanizasiya prosesləri ilə əlaqədar şəhərlər zaman keçdikcə böyüyür və müxtəlif istiqamətli problemlər meydana çıxır. Bu problemlərin həlli üçün isə yeni yanaşma tərzi lazımdır. Şəhər əhalisinin rahatlığını təmin etmək üçün şəhərsalmada yeni arxitekturanın və süni intellektin tətbiqi, ekoloji tarazlığın qorunması vacib məsələlərdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Özbəkistanın Energetika Nazirliyinin Ekoloji diplomatiya və yaşıl iqtisadiyyat şöbəsinin mütəxəssisi Furkat Kurbonov deyib. O bildirib ki, “müasir şəhərlərdə yaşıllıqların artırılması, sakinlərin enerji təminatı, məişət tullantılarının səmərəli istifadəsi mühüm məsələlərdir. Hazırda dünyada “ağıllı şəhər”, “ağıllı kənd” layihələri həyata keçirilir. Bu layihələrdə əhalinin ekoloji cəhətdən təmiz enerji və təmiz su ilə təminatı əsas götürülür. Azərbaycanda Qarabağın bərpası da məhz bu prinsiplər əsasında həyata keçirilir ki, bu da insanların ekoloji təmiz məkanda yaşamalarını təmin edir.

Mütəxəssis qeyd edib ki, Azərbaycanın qlobal xarakter daşıyan beynəlxalq tədbirlərin keçirilməsi üçün kifayət qədər təcrübəsi var və WUF13-ün də uğurla keçiriləcəyinə şübhə yoxdur. Tədbirin əsas təşkilatçısı olan BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) tərəfindən keçirilən bu forum şəhərsalma, davamlı şəhər inkişafı, iqlim dəyişikliklərinin şəhərlərə təsiri, sosial inklüzivlik və dayanıqlı infrastruktur kimi qlobal əhəmiyyətli mövzuların müzakirə olunduğu ən nüfuzlu beynəlxalq platformalardan biri hesab edilir. Bu baxımdan, belə bir tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq gündəmdə artan rolunun göstəricisidir. WUF13 çərçivəsində müxtəlif ölkələrin nümayəndə heyətlərinin, beynəlxalq maliyyə institutlarının və transmilli şirkətlərin Azərbaycana səfəri diplomatik və iqtisadi əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. Forum çərçivəsində keçiriləcək panel müzakirələri, ikitərəfli görüşlər və əməkdaşlıq platformaları vasitəsilə müxtəlif ölkələr arasında yeni tərəfdaşlıq əlaqələrinin qurulması mümkündür”.

“Bakıda keçiriləcək WUF13-dən gözləntilər çoxdur və mütəxəssislər, yeni nəsil arxitektorlar təkliflər və yanaşma metodları irəli sürəcəklər ki, bunların da tətbiqi gələcək şəhərlərdə insanların rahatlığını təmin edəcək”, - deyə mütəxəssis əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
1
azertag.az

2Mənbələr