AZ

Qeyri-neft vergilərinin 76%-i özəl sektorun payına düşür - ASK

Bakı. Trend:

Dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə ödənilən vergilərin76%-nin özəl sektorun payına düşməsi sahibkarlığın milliiqtisadiyyatın aparıcı qüvvəsi olduğunun göstəricisidir.

Trend xəbərverir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) TəşkilatlarıMilli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bu günBakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusundakeçirilən tədbirdə deyib.

"Şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tambərpa olunması ölkəmiz və iqtisadiyyatımız üçün tarixi əhəmiyyətdaşıyır. Azad olunmuş torpaqlar bu gün sahibkar üçün sadəcə yenibiznes məkanı deyil, bu, qayıdışın, quruculuğun və mənəvibağlılığın ünvanıdır. Dövlətin yaratdığı imkanlar – vergigüzəştləri, infrastrukturun sürətlə qurulması, təhlükəsizlik vəuzunmüddətli inkişaf strategiyası – bu marağı daha dagücləndirir.

Dövlət Statistika Komitəsinin 2026-cı il 1 yanvar tarixinə olanməlumatına görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5mindən yuxarı mikro, kiçik, orta və iri sahibkarlıq subyektifəaliyyət göstərib. Bu göstərici 2024-cü illə müqayisədə 6 faizartım deməkdir. Həmçinin Qarabağ İqtisadi rayonuna 526 milyonmanata yaxın kredit qoyulub və bu vəsaitlər emal sektorundan tutmuşturizmə qədər geniş fəaliyyət istiqamətlərini əhatə edir", - obildirib.

"Əminliklə demək olar ki, yaxın illərdə azad olunmuş ərazilərAzərbaycan iqtisadiyyatının ən dinamik hissəsinə çevriləcək. Eynizamanda dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlığınkeyfiyyətcə növbəti mərhələyə yüksəldiyini deyə bilərik. AzərbaycanSahibkarlar Konfederasiyası olaraq, biz hər zaman sahibkarlarımızınmaraqlarını qorumaq, onları məlumatlandırmaq və hüquqlarını müdafiəetmək istiqamətində çalışırıq. İqtisadi islahatlara fəal dəstək,dövlət-sahibkar dialoqunun inkişafına töhfə veririk.
Bu müstəvidə “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərinaradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılmasıislahatları üzrə İşçi Qrup”un və “İşçi Qrup”a daxil olanaltqrupların fəaliyyətini yüksək qiymətləndiririk", - M. Musayevəlavə edib.

Məqalədə:
Seçilən
47
1
az.trend.az

2Mənbələr